Yunanıstanın sabiq səhiyyə naziri kardiologiya üzrə professor Dimitris Kremastinos 78 yaşında koronavirusdan dünyasını dəyişib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, sabiq nazir martın 26-da Afinanın Evanqelismos xəstəxanasında intensiv terapiya şöbəsinə yerləşdirilib.
O, fəaliyyəti dövründə PASOK partiyasının hökumətində səhiyyə naziri, Yunanıstan parlamentində sədr müavini, Dodekanes adaları üzrə deputat olub.