logo

O, dünyanın ən zəngin subay azərbaycanlısıdır

18:58 11-05-2020 | icon 301
O, dünyanın ən zəngin subay azərbaycanlısıdır
 
İş adamı, milyarder və Rusiyanın "Nortqaz” şirkərinin keçmiş sahibi Fərhad Əhmədov ən varlı subay azərbaycanlı hesab olunur.
 YeniAvropa xəbər verir ki, son məlumatlara görə, iş adamının 1,4 milyard dollar sərvəti vardır. 65 yaşlı iş adamı 2016-cı ilin sonlarında London məhkəməsinin qərarı ilə keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq ödəməklə ondan ayırılıb.
Həmin vaxt iş adamı məhkəmənin qərarını sərt tənqid edib:"Britaniya məhkəmələri həmişə varlı kişilərin arvadlarının tərəfini tuturlar. Bunu keçmiş arvadların pullarını Britaniyada xərcləməsi üçün edirlər”.
Yeri gəlmişkən, 2018-ci ildə Moskva Məhkəməsi də milyarderin keçmiş yoldaşı Tatyana Əhmədovanın tərəfini saxlayaraq, 2000-ci ildə boşanmaları barədə sənədi tanımamışdı.
Qeyd edək ki, Fərhad Əhmədovun keçmiş yoldaşından 6 övladı var.
Xatırladaq ki, əslən Göyçay rayonundan olan uğurlu iş adamı 1955-ci il sentyabrın 15-də Bakıda anadan olub. Fərhad Əhmədov 1983-cü ildə Moskva Veterinar Akademiyasını bitirib.
Fərhad Əhmədov milyarder Roman Abromoviçə məxsus 115 metr uzunluğunda ”Luna” yaxtasını satın almağı ilə də məşhurdur.