logo

Qubada Şabrançay üzərindəki körpünü sel uçurdu

16:17 11-05-2020 | icon 2149
Qubada Şabrançay üzərindəki körpünü sel uçurdu

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərindəki körpünü sel uçurub.

YeniAvropa xəbər verir ki, bu barədə Quba rayon İH-dən bildirilib. Qeyd edilib ki,bu gün səhər əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının, Quba RİH, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri gəliblər. Dağılan körpü 2017-ci ildə kənd sakinləri tərəfindən uzunluğu 12, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü çöküb.