logo

Güclü sel Ağstafada bir neçə körpüyə zərər vurub

15:55 11-05-2020 | icon 2065
Güclü sel Ağstafada bir neçə körpüyə zərər vurub

 

Ötən gün yağan güclü yağışlar nəticəsində Ağstafada sel suları bəzi fəsadlar yaradıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ağstafa rayon İH-dən bildirilib. Qeyd edilib ki, rayonun Göycəli kəndindən keçən çayın üzərində olan körpüyə ciddi zərər dəyib. Bir neçə kəndə gedən yolun üzərində olan körpüdən yaranan fəsadların aradan qaldırılması üçün təxirəsalınmaz işlərə başlanılıb.

Selin rayonun digər kəndlərində də fəsadlar yaratdığı bildirilir.

İH-dən həmçinin bildirilib ki, son günlər yağan güclü yağışlar nəticəsində Həsənsu çayı daşıb. Nəticədə Tatlı kəndində 2,  Göycəli kəndində 2 körpü ciddi zərər görüb.