logo

II Azərbaycan-Gürcüstan biznes forumu Bakıda keçiriləcək

15:15 11-05-2020 | icon 2765
II Azərbaycan-Gürcüstan biznes forumu Bakıda keçiriləcək

İkinci Azərbaycan-Gürcüstan biznes forumu 2021-ci ilin aprelində Bakıda keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze məlumat verib.

Onun sözlərinə görə, bu cür forumlar iki ölkə arasında biznes əlaqələrinin dərinləşməsi baxımdan mühüm əhəmiyyətə malikdir.

“Avropa İttifaqı-Gürcüstan Biznes Şurası olaraq fikirləşirik ki, bu cür tədbirlər davamlı olmalıdır. Növbəti biznes forumun gələn il Bakıda keçirilməsi daha məqsədəuyğundur. Bu Gürcüstan iş adamlarının Azərbaycan ilə tanışlığına daha çox fayda verəcək” - deyə, Çumburidze vurğulayıb.