logo

Məşhur polkovnik işdən çıxarıldı 

23:10 10-05-2020 | icon 2177
Məşhur polkovnik işdən çıxarıldı 

Məşhur polkovnik, Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi Nizami Qocayev vəzifəsindən azad edilib.

YeniAvropa xəbər verir ki, nazir Fikrət Məmmədovun əmrilə o, təqaüdə göndərilib.

2016-cı ildən Ədliyyə Nazirliyi sistemində çalışan N.Qocayev ondan əvvəl DİN-də yüksək vəzifələrdə çalışıb və polis polkovniki kimi məşhurdu.

O, DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Sonradan İsmayıllı rayonunun polis rəisi vəzifəsində çalışıb.

Nizami Qocayev "BakuPost” açıqlamasında təqaüdə göndərildiyini təsdiqləyib: "Burda nə var ki, artıq təqaüd yaşımdır”.

Polkovnik bundan sonrakı planlarından da danışıb: "45 il işlədim. Pensiya alıram. Daha bəsdi, bundan sonra istirahət edəcəm, sağlamlığımla məşğul olacam”.

Xatırladaq ki, Nizami Qocayev prezidentin köməkçisi Fuad Ələsgərovun yaxın qohumudur-əmisinin kürəkənidir.