logo

Keçmiş nazirdən Allahşükür Paşazadə haqda qalmaqallı açıqlama - Video

22:14 10-05-2020 | icon 2296
Keçmiş nazirdən Allahşükür Paşazadə haqda qalmaqallı açıqlama - Video

Türkiyənin keçmiş Diyanet İşleri başkanı(Din naziri) Said Yazıçıoğlu Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk illərdə ölkəmizdən Həccə gedənlərlə bağlı maraqlı məlumatlar bölüşüb. 

 YeniAvropa xəbər verir ki, "Haber Türk" telekanalına müsahibəsində sabiq nazir 1990-cı illərdə Turqut Özalın SSRİ-dən ayrılıb müstəqillik qazanan türk dövlətlərinə dəstək verməsindən danışıb. Said Yazıçıoğlu həmin dövrdə azərbaycanlı həmkarının onlara müraciət edərək 200 nəfərin Həcc ziyarətinə getməsinə köməklik göstərmələrini xahiş etdiyini bildirib. Sabiq nazirin sözlərinə görə, Türkiyənin dəstəyi ilə azərbaycanlı zəvvarlar ilk dəfə Həcc ziyarətinə gedəndə “bura istidir, bir dövrə bizə bəs edər”, - deyib dayanıblar. Sonra birtəhər dini mərasimlər başa çatdırılıb. 

Said Yazıçıoğlu bildirib ki, Azərbaycan tərəfi ilk zəvvarlardan ziyarət adıyla 500 dollar alıb. Hətta sonradan Türkiyədən hədiyyə kimi göndərilən "Quran-i Kərim" kitablarını da pulla satıblar. 

Qeyd edək ki, Said Yazıçıoğlu 1987-1992-ci illər ərzində Türkiyənin Diyanet İşleri Başkanı(din naziri) vəzifəsində çalışıb. Din xadimi özü xatırlamasa da, bildiyimiz kimi, 1980-ci ildən bəri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir.

Həmin görüntüləri sizlərə təqdim edirik .Azərbaycanla bağlı hissə videoda 1.32.25-dən başlayır.