logo

Türkiyədə daha 47 nəfər koronavirusdan dünyasını dəyişdi

21:12 10-05-2020 | icon 315
Türkiyədə daha 47 nəfər koronavirusdan dünyasını dəyişdi

Türkiyə hökumətinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı təsirli tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm saylarındakı azalma davam etməkdədir. Mayın 10-də ölkə üzrə 36 min 187 nəfər üzərində test aparılıb. Onlardan 1542 nəfərin testinin nəticəsi müsbət çıxıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 3211 nəfər sağalıb, 47 nəfər dünyasını dəyişib. Ölkə üzrə ölənlərim ümumi sayı 3786 nəfərə, sağalananların sayı isə 92 min 691 nəfərə çatıb. Hazırda 1154 xəstə reanimasiyada, 598 nəfər süni nəfəs aparatına qoşulmuş haldadır.

Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. Qadağaların aradan qaldırılmasının ilkin mərhələsinə mayın 11-dən başlanılacaq. Əhaliyə xəbərdarlıq edilib ki, virusun yayılma riskini artırmamaq üçün qaydalara əməl edilsin. Ekspertlər isə hesab edirlər ki, xüsusilə əhalinin kütləvi toplaşdığı yerlərdə nəzarət azalsa, virusun ikinci dalğası yarana bilər. İstənilən halda, hökumət bütün mümkün variantlar üzrə vəziyyətə nəzarəti ciddi şəkildə saxlayır. Görülən tədbirlər arasında gündəlik test sayının artırılması da var. İndiyədək ölkə üzrə 1 milyon 370 min 598 nəfər yoxlamadan keçirilib.