logo

koronovirus Ağ evə də "girdi"

21:49 10-05-2020 | icon 238
koronovirus Ağ evə də "girdi"

ABŞ-da vitse-prezident Mayk Pensin  işçilərindən birində koronavirus yoluxması aşkar edildikdən sonra xəstəliyin daha da yayılmaması məqsədilə Ağ Evin heyəti maska taxmağa başlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bundan bir gün əvvəl prezident Donald Trampın şəxsi xidmətçilərindən birinin koronavirusa yoluxduğu xəbər verilib. Bu, ölkə rəhbərliyinin sağlamlığından ciddi narahatlığa səbəb olub. Belə ki, Birləşmiş Ştatlarda indiyədək 1.3 milyon nəfər COVID-19 xəstəliyinə yoluxub, bunlardan 76 mini vəfat edib. Ağ Evdə prezident və vitse-prezidentin gündəlik qaydada test edilməsinə başlanıb. Bundan əvvəl onlar həftədə yalnız bir dəfə qan analizi verirlər.

Qeyd edək ki, bir çox dünya liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin koronavirusa yoluxmamaq üçün özünütəcrid rejimində işləyirlər. Artıq Rusiyanın baş naziri bu virusa yoluxub və xəstəxanadadır. ABŞ administrasiyasında isə hələlik yüksək rütbəli şəxslərin virusa yoluxması baş verməyib.