logo

İstanbulda üç azərbaycanlı nümayişkarcasına karantin rejimini pozdu

20:52 10-05-2020 | icon 238
İstanbulda üç azərbaycanlı nümayişkarcasına karantin rejimini pozdu

Türkiyədə koronavirus pandemiyasına görə küçəyə çıxma məhdudiyətinə və tibbi maska tələbinə əməl etməyən üç azərbaycanlı polis tərəfindən saxlanılıb.

"Qafqazinfo" "Sabah" qəzetinə istinadən xəbər verir ki, hər üç şəxs ayrı-ayrılıqda 3150 lirə (753 AZN) cərimələnib.

 
İstanbulun İstiqlal meydanında gəzən azərbaycanlılardan biri Türkiyəyə qonaq gəldiyini, yanındakı iki şəxsi də gəzdirmək üçün küçəyə çıxdığını bildirib.

Onun "Sizin yazdığınız cəzanın bizim üçün əhəmiyyəti yoxdur" deyərək polislə mübahisə etməsi azərbaycanlının qolunun qandallanması ilə nəticələnib. Taksim Polis Şöbəsinə aparılan azərbaycanlının üzərindən sənəd çıxmayıb.