logo

İranda koronavirusdan ölənlərin sayı 6640-a çatıb

18:52 10-05-2020 | icon 322
İranda koronavirusdan ölənlərin sayı 6640-a çatıb

İranda son 24 saat ərzində 1399 nəfər koronavirusa yoluxub, 51 nəfər isə xəstəlikdən həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur gündəlik mətbuat konfransında deyib.

Bununla da İranda virusa yoluxanların sayı 107 min 603 nəfərə, ölənlərin sayı isə 6640-a çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 86 min 143 nəfər isə sağalaraq evə buraxılıb.