logo

Rayonlararası sərnişindaşıma bərpa edilə bilər

18:11 10-05-2020 | icon 2058
Rayonlararası sərnişindaşıma bərpa edilə bilər

“Artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər”.

 YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Önun sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejmindən mərhələli şəkildə çıxmaq lazımdır: “Sarı zonada yerləşən rayonlararası ictimai nəqliyyat, sərnişindaşımanın təşkili, ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”.