logo

“Lufthansa” uçuşları bərpa etməyi planlaşdırır

14:54 10-05-2020 | icon 2541
“Lufthansa” uçuşları bərpa etməyi planlaşdırır

Almaniyanın “Lufthansa” aviaşirkəti iyun ayndan etibarən uçuşları bərpa edəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, şirkətin 80-nə yaxın hava layneri sərnişinləri yenidən öz bortunda qarşılamağa hazırlaşır. 763 təyyarədən ibarət olan “Lufthansa Group” hava donanması parkı uçuşların sayının sonradan tədricən 160-a çatdırılacağını bəyan edib.

Qeyd edək ki, koronovirus pandemiyası səbəbindən 20 minə yaxın aviareys təxirə salınıb.

Marşrutlar indi 106 istiqaməti özündə birləşdirəcək. Aviaşirkət o cümlədən Mayorka, Girit, Rostock, Zilt kurort adalarına da uçuşlar həyata keçirəcək.