logo

Prezident İlham Əliyev və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər

12:15 10-05-2020 | icon 2184
Prezident İlham Əliyev və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət ediblər.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoydular,xatirəsini ehtiramla andılar.

Sonra dövlət başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.

Prezident və birinci xanım görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüblər.