logo

Sabah Bakıda 20° isti olacaq, bölgələrdə şimşək çaxacaq,yağış yağacaq

11:59 10-05-2020 | icon 2086
Sabah Bakıda 20° isti olacaq, bölgələrdə şimşək çaxacaq,yağış yağacaq

Azərbaycanda mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11°, gündüz 17-20° isti, Bakıda gecə 9-11°, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 11-də Azərbaycanın rayonlarının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 15-20° isti, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacağı ehtimal edilir.