logo

Zelenski Saakaşvilidən müsbət nəticələr gözləyir

21:56 09-05-2020 | icon 2345
Zelenski Saakaşvilidən müsbət nəticələr gözləyir

Prezident Vladimir Zelenski Ukrayna Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvilidən xüsusən biznesin tənzimlənməsi və gömrük islahatları ilə sahəsində müsbət nəticələr gözlədiyini bəyan edib.

 YeniAvropa xəbər verir ki, bu barədə  “Ukrinform” agentliyi məlumat yayıb.

"Saakaşvilinin vəzifəyə təyin edilməsindən iki gün sonra nəticə gözləmirəm, amma bu, yaxın aylarda olmalıdır. Nəticə biznesin tənzimlənməsi və gömrük islahatları ilə əlaqədardır", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Saakaşvili Gürcüstanda prezidentliyi dövründə həqiqətən korrupsiyanı aradan qaldıra və müasir gömrük sistemi yarada bilib: "Onunla bu barədə çox danışmışıq. Dedi ki, prezidentliyi dövründə gömrüyə yeni insanlar qoyub, sonra hamısını qovub. Bir müddət sonra yenilərini təyin edib, onları da qovub. Gömrükdə islahat belə mürəkkəb işdir. İstəyirəm ki, Saakaşvili bu işlə məşğul olsun”.

Ukrayna lideri daha sonra M.Saakaşvilinin bir çox ölkə ilə kifayət qədər güclü investisiya əlaqələrinin olduğunu da önə çəkib. “Batumi inşa edilərkən müxtəlif investorlar cəlb olundu, sonra böyük otellər şəbəkəsi qurdular. Onun təcrübəsi var",-deyə  Vladimir Zelenski vurğulayıb.