logo

Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir

19:21 09-05-2020 | icon 392
Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir

Böyük ticarət mərkəzlərinin açılması məsələsi də gündəmdədir. Bu məsələ ilə bağlı müzakirələr aparılır. Lakin böyük ehtimalla onların may ayın sonuna kimi açılması gözlənilmir. Operativ Qərargah bütün statistik göstəriciləri təhlil edərək qərar verəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı qeyd edib ki, böyük ticarət mərkəzləri açılsa belə, orada yoluxma riskini artıran sahələrdəki fəaliyyətlərə məhdudiyyətlər qoyula bilər: “Məsələn, ticarət mərkəzlərindəki uşaq əyləncə mərkəzləri, qida bölmələri kimi yerlərin fəaliyyətinə məhdudiyyətlər tətbiq oluna bilər. Lakin hər şey qarşıdakı statistik göstəricilərdən asılıdır”.