logo

DTX-nın saxladığı nazir müavini və xidmət rəisi məhkəməyə gətirilib

18:02 09-05-2020 | icon 2163
DTX-nın saxladığı nazir müavini və xidmət rəisi məhkəməyə gətirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) ötən gün saxladığı mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov məhkəməyə gətiriliblər.

 YeniAvropa xəbər verir ki, DTX-nın təqdimatı əsasında Səbail rayon Məhkəməsində adları çəkilən şəxslər barəsində  həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.

Təqdimata hakim Şahin Abdullayevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hər iki şəxs DTX-nın əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində dünən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar. Bu gün prezident İlham Əliyevin imzaladığı sərəncamlarla  Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad ediliblər.