logo

Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu, ölü sayı 31-ə yüksəldi

17:30 09-05-2020 | icon 364
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu, ölü sayı 31-ə yüksəldi

Azərbaycanda daha 143 nəfərdə koronavirus aşkarlanıb, üç nəfər vəfat edib. Eləcə də 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün koronavirusun diaqnostikası məqsədilə 7420 test icra olunub. Ümumi test sayı 188 min 950-yə çatıb.

İndiyədək ölkəmizdə 2422 nəfər koronavirusa yoluxub, onlardan 31 nəfər vəfat edib, 1620 nəfər sağalıb. Bundan başqa, 771 nəfərin müalicəsi davam edir. Xəstələrdən 22 nəfəri reanimasiyadadır ki, onlardan da 9 nəfəri süni tənəffüs cihazına qoşulub.