logo

Polislə toqquşmada 4 dinc sakin həlak oldu, 9 nəfər isə yaralandı

17:11 09-05-2020 | icon 2492
Polislə toqquşmada 4 dinc sakin həlak oldu, 9 nəfər isə yaralandı

Əfqanıstanın Qor əyalətində keçirilən etiraz aksiyası zamanı nümayişçilərin güc strukturları ilə toqquşması nəticəsində azı dörd dinc sakin həlak olub, doqquz nəfər isə yaralanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, nümayişçilər koronavirus pandemiyası zamanı ərzaq yardımının ədalətsiz bölgüsünə etiraz edirlər.

Əfqanıstan hakimiyyəti bu yaxınlarda kasıb ailələrə çörək paylamağa başlayıb. Mayın 8-də əyalətin narazı sakinləri hakimiyyəti COVID-19 infeksiyasının yayılması ilə bağlı böhran zamanı əhaliyə yetərincə dəstək göstərməməkdə ittiham edərək küçələrə çıxıb. Təhlükəsizlik xidmətinin əməkdaşları etirazçılara odlu silahlardan atəş açıb.

Ölkənin Daxili İşlər naziri Tarix Arian isə öz növbəsində toqquşmalar nəticəsində iki polis əməkdaşının həlak olduğunu, 10 nəfərin yaralandığını deyib. Onun sözlərinə görə, etirazçıların arasında gizlənən bir neçə naməlum şəxs təhlükəsizlik qüvvələrini atəşə tutub.