logo

İlham Əliyev Mədəniyyət Nazirliyinin Xidmət rəisini işdən çıxardı

16:10 09-05-2020 | icon 2121
İlham Əliyev Mədəniyyət Nazirliyinin Xidmət rəisini işdən çıxardı

Prezident İlham Əliyev mayın 9-da  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:"Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin"

Xatırladaq ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb.