logo

Əbülfəs Qarayev də həbs ediləcək?

14:54 09-05-2020 | icon 2247
Əbülfəs Qarayev də həbs ediləcək?

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı bir qrup vəzifəli şəxs saxlanılıb.

YeniAvropa xəbər verir ki,saxlanılaraq istintaqa cəlb olunanların tam siyahısı hələ rəsmi açıqlanmasa da,  mətbuat onlardan bir neçəsinin adını dəqiqləşdirə bilib.

Məlumata görə, nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov saxlanılar arasındadır. Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş. R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir. 
Bunlar hələ ittihamların təxmini versiyasıdır, rəsmi əməliyyat-istintaq məlumatları yəqin ki, bir müddət sonra açıqlanacaq.

Amma artıq hamını düşündürən bir neçə sual da var? Bəs nazir özü istintaqa cəlb olunubmu? Doğrudanmı nazir Əbülfəs Qarayev ətrafını hörən korrupsiya şəbəkəsindən kənarda qalıbmış? Nəzərə alsaq ki, nazir müavini Rafiq Bayramov nazirin əsas kadrı və yaxın adamı hesab olunub, onda cənab Qarayevin mələk olmadığı qənaətləri güclənir. Hətta onun "mələk" olması ehtimalı ilə, naziri məsuliyyətdən kənarda saxlamır. Belə ki, ətrafındakı ən yaxın və himayə etdiyi məmurların korrupsiyaya qurşanmasından xəbərsiz qalması ehtimalını var saysaq da, deməli cənab Qarayev bir nazir kimi işinin öhdəsindən gələ bilməyib və prezident İlham Əliyevin etimadını doğrulda bilməyib.

Mötəbər mənbə nazir Ə.Qarayevlə bağlı məsələnin yuxarı dairələrdə müzakirə edildiyini bildirir. Mənbənin məlumatına görə, əmliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq, Ə.Qarayevin nazir vəzifisindən uzaqlaşdırılacaq. Nazirin həbs olunma ehtimalını isə mənbə yüksək qiymətləndirmir.(Hit.az)