logo

İlham Əliyev BVM-də həlak olan soydaşlarımızın xatirəsini anıb

11:35 09-05-2020 | icon 2261
İlham Əliyev BVM-də həlak olan soydaşlarımızın xatirəsini anıb

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir.

 YeniAvropa xəbər verir ki, bu münasibətlə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.