logo

Yaşı 65-dən yuxarı olan Metropoliten əməkdaşları işə buraxılmayacaqlar

18:20 08-05-2020 | icon 2149
Yaşı 65-dən yuxarı olan Metropoliten əməkdaşları işə buraxılmayacaqlar

Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız işə cəlb olunmayacaq. Karantin rejimi mayın 31-dək uzadıldığından Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tapşırıqlarına riayət ediləcək. Qərara görə, 65 yaşdan yuxarı vətəndaşların evdən çıxması qadağan edildiyi üçün həmin yaş həddində olan metropolitençilər də işə cəlb edilməyəcəklər.

YeniAvropa xəbər verir ki, bunu mayın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

H.Məmmədov qeyd edib ki, metrodan istifadənin pik vaxtlarında 30 qatar cütündən, digər saatlarda isə 24 qatar cütündən istifadə edilir: “Bu, sıxlığı aradan qaldırmaq üçündür. Tədbirləri öncədən görürük, ən optimal qrafiki seçmişik”.