logo

AŞ Nazirlər Komitəsinə sədrlik Gürcüstandan Yunanıstana keçəcək

17:57 08-05-2020 | icon 2310
AŞ Nazirlər Komitəsinə sədrlik Gürcüstandan Yunanıstana keçəcək

Gürcüstanın Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik müddəti mayın 15-də başa çatacaq. AŞ Nazirlər Komitəsinə sədrlik Yunanıstana keçəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib. Onun sözlərinə görə, Gürcüstanın AŞ Nazirlər Komitəsinə sədrliyi uğurlu olub. Bu dövrdə bir sıra mühüm qərarlar qəbul edilib.

AŞ Nazirlər Komitəsinin iclası noyabr ayında keçiriləcək.

Qeyd edək ki, Gürcüstan AŞ-nin Nazirlər Komitəsinə sədrliyi ötən il noyabrın 29-da Fransadan təhvil almışdı.