logo

Bu həftə bölgələrdə daha 1000 ailə “Azercell”dən Ramazan sovqatı alıb

17:15 08-05-2020 | icon 2639
Bu həftə bölgələrdə daha 1000 ailə “Azercell”dən Ramazan sovqatı alıb

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə xüsusi diqqət və qayğıya ehtiyacı olan insanları, aztəminatlı ailələri sevindirməkdə davam edir.

YeniAvropa xəbər verir ki, şirkətin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən xeyirxah təşəbbüs nəticəsində müqəddəs Ramazan ayının ikinci həftəsi Xızı, Göyçay, Göygöl, Goranboy, Naftalan, Daşkəsəndə yaşayan həssas kateqoriyalardan olan 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb. Ərzaq payı alan ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib. Payları ölkəboyu müxtəlif ünvanlara “Azərpoçt” MMC çatdırır.

Xatırladaq ki, “Azercell” şirkəti ötən həftə Cəlilabad, Hacıqabul, Füzuli, Gədəbəydə sosial təcrid şəraitində yaşayan 1000 ailəyə ərzaq yardımı çatdırıb. Ümumilikdə Ramazan ayı ərzində 4000-dən çox aztəminatlı ailəyə ərzaq dəstəyinin göstərilməsi nəzərdə tutulub.

0-6-1

“Azercell” şirkətinin təşkil etdiyi yardım aksiyalarının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tədbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır.