logo

Pakistan prezidenti İlham Əliyevə zəng edib

13:09 08-05-2020 | icon 329
Pakistan prezidenti İlham Əliyevə zəng edib

Mayın 8-də Pakistan İslam Respublikasının prezidenti Arif Alvi Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Pakistan prezidenti Arif Alvi prezident İlham Əliyevin təşəbbüsü ilə bu yaxınlarda Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunmuş videokonfransının keçirilməsi münasibətilə təbriklərini çatdırdı və konfransın pandemiya ilə mübarizə sahəsində səylərin gücləndirilməsi baxımından önəmini qeyd edib.

Prezident İlham Əliyev bu tədbirin ölkələr arasında həmrəyliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini bildirib.

Dövlət başçıları beynəlxalq səviyyədə ölkələrimizin bundan sonra da bir-birilərinin mövqeyini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı prezident İlham Əliyev və prezident Arif Alvi koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışdılar, ikitərəfli münasibətlərin perspektivləri, o cümlədən iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.