logo

Ötən gün  cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

12:10 08-05-2020 | icon 2044
Ötən gün  cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 16 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.