logo

“Wizz Air” Budapeştdən 16 marşrut üzrə uçuşlarıi bərpa edir

10:31 08-05-2020 | icon 2352
“Wizz Air” Budapeştdən 16 marşrut üzrə uçuşlarıi bərpa edir

Macarıstanın “Wizz Air” aviaşirkəti ehtiyatla Budapeştdən 16 marşrut üzrə reysləri bərpa edir.

YeniAvropa xəbər verir  ki, bu barədə “MTI” milli xəbər agentliyi məlumat yayıb. Bildirilib ki,ölkənin digər beynəlxalq hava limanlarından uçuşlar yalnız iyun ayında bərpa olunacaq.

Tezliklə Macarıstan paytaxtının hava limanından Afinaya, Barselonaya, Berlinə, Birminhemə, Bazelə, Dortmunda, Eindhovenə, Londona, Liverpula, Madridə, Podqoritsaya, Stokholma və Sarayevoya uçmaq mümkün olacaq.

Sərnişinlərin hava limanında növbələrdə durma vaxtını minimuma endirmək üçün onlardan qeydiyyatdan onlayn keçmələri xahiş olunur.