logo

Ədliyyə Nazirliyində siyasi partiya sədrləri ilə görüş keçirilib

18:33 07-05-2020 | icon 315
Ədliyyə Nazirliyində siyasi partiya sədrləri ilə görüş keçirilib

Ədliyyə Nazirliyində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır, çoxpartiyalı parlament formalaşıb, partiyalararası geniş dialoq aparılır.

Siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafının əyani təzahürü olaraq bu yaxınlarda Azad Demokratlar Partiyası və Yeni Zaman Partiyası dövlət qeydiyyatından keçiblər. Bu prosesin davamı olaraq Cümhuriyyət Xalq Partiyasının və Müstəqil Xalq Partiyasının müraciətləri əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu Ədliyyə Nazirliyində öyrənilərək siyasi partiyaların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, mayın 7-də Ədliyyə nazirinin müavini Toğrul Musayevin partiyaların sədrləri ilə görüşü keçirilib, onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim olunub.

Partiya rəhbərləri Bədrəddin Quliyev və Əflan İbrahimov ölkə başçısının iradəsi ilə aparılan siyasi islahatları dəstəklədiklərini vurğulayaraq cəmiyyətimizdə vətəndaş həmrəyliyinin və milli birliyin möhkəmləndirilməsi naminə siyasi qüvvələrin dövlətin yanında olmalarını xüsusi qeyd ediblər. Onlar, həmçinin nazirlikdə ümummilli lider Heydər Əliyevə və ədliyyə tarixinə həsr olunmuş muzeylə tanış olublar.