logo

Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxdu

16:36 07-05-2020 | icon 2282
Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasına daha 77 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki,hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılıb.