logo

Sabah paytaxtın bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

16:10 07-05-2020 | icon 2688
Sabah paytaxtın bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhərində Yusif Səfərov küçəsinin kəsişməsindən 28 May küçəsinin kəsişməsinə qədər olan Mehdi Mehdizadə küçəsində və 28 May küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində mayın 8-i axşam saatlarından etibarən hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) YeniAvropa-ya  bildirilib ki, buna görə də sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə edilir.