logo

İrandan Azərbaycana daxil olan tranzit yükləri polis müşayiət edir

14:27 27-03-2020 | icon 1967
İrandan Azərbaycana daxil olan tranzit yükləri polis müşayiət edir

Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, qonşu dövlətlərdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayiəti ilə hərəkəti təmin edilməkdədir.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.Qeyd edilib ki, tranzit yüklər daşıyan nəqliyyat vasitələri sərhədlərimizi tərk edənə qədər onların təhlükəsizliyi Yol Patrul Xidməti və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə və qidalanmasına icazə verilir. Sürücülərin yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşrutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstremal vəziyyətlər istisna olmaqla icazə verilmir.