logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

13:59 27-03-2020 | icon 210
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü "isti izlər"lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli  24 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.