logo

Milli Məclisdə deputatlar bir-birindən 2 metr aralıda əyləşəcəklər

13:32 27-03-2020 | icon 2051
Milli Məclisdə deputatlar bir-birindən 2 metr aralıda əyləşəcəklər

Milli Məclis sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır. Belə ki, Milli Məclisin martın 30-da keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, bununla yanaşı, Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının koronavirus ilə bağlı müvafiq qaydada tibbi yoxlamadan keçirilməsi təmin edilib, parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunub.

Xatırladırıq ki, Milli Məclisdə idarəetmə stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir.