logo

Bərdədə ticarət obyektləri yandı

10:55 27-03-2020 | icon 3528
Bərdədə ticarət obyektləri yandı

Bərdə şəhərində yanğın hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Halar Nazirliyi(FHN) məlumat yayıb.

Məlumatda bildirilib ki, Bərdə şəhərində ümumi sahəsi 66 kvadrat metr olan, bir dam altında tikilən müxtəlif təyinatlı ticarət obyektlərinin (gözəllik salonu və şirniyyat satışı mağazası) yanar konstruksiyaları yanıb.

Bitişik ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.