logo

Tacikistanda parlament seçkisi keçirilir

10:10 27-03-2020 | icon 2548
Tacikistanda parlament seçkisi keçirilir

Bu gün Tacikistan parlamentinin yuxarı palatası-Məclisi Milliyə seçkilər keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  Məclisi Millidə 33 deputat təmsil olunur. Bunların da 25-i vilayət və şəhər məclislərinin iclaslarında gizli səsvermə yolu ilə seçilir, 8 deputatı isə prezident təyin edir. Məclisi Milliyə 35 yaşı tamam olan Tacikistan vətəndaşları seçilirlər.

Xatırladaq ki, martın 1-də isə Tacikistan parlamentinin aşağı palatası-Məclisi Aliyə seçkilər keçirilib. Məclisi Ali 63 deputatdan formalaşır. Onlardan 41-i  majoritar qaydada birmandatlı dairələrdən seçilir. Qalan 22 deputat isə 5%-li baryeri keçən partiyaların siyahısı üzrə müəyyənləşir. Səsəvermənin nəticələrinə görə, prezident İmomali Rahmonun başçılıq etdiyi hakim Tacikistan Xalq Demokratik Partiyası artıq  47 mandata sahib olub. Müxalifəti təmsil edən Sosial-Demokrat Partiyası seçkidə "0" nəticə göstərib. Hakimiyyətə loyallığı ilə seçilən qalan digər 5 partiyalar isə ümumilikdə 15 mandat ala biliblər.