logo

Ermənilər atəşkəsi 22 dəfə pozublar

09:53 27-03-2020 | icon 224
Ermənilər atəşkəsi 22 dəfə pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.