logo

Əli Əsədov icra başçılarına çağırış etdi

23:15 26-03-2020 | icon 210
Əli Əsədov icra başçılarına çağırış etdi

karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir.

YeniAvropa xəbər verir ki, bu fikirləri baş naziri Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü iclasında çıxışında səsləndirib.

"Buradan müraciət edərək qərargahın üzvlərindən kənarda olan bütün rayon, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli tapşırıq kimi, cənab Prezidentin tapşırığını çatdırmaq istəyirəm. Bir nömrəli və ən vacib tapşırıq bu gün ondan ibarətdir ki, karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən, heç bir imtiyaza baxmayaraq bunun tələbləri vaxtında və tam şəkildə icra olunmalıdır", - deyə baş nazir Əli Əsədov qeyd edib.

Ə.Əsədov vurğulayıb ki, bununla əlaqədar qanunvericiliyin şərtlərinə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək və qarşıya qoyulan tapşırıqlar 100 faiz icra olunacaq.