logo

Azərbaycanda koronavirusa görə 21 xəstəxana ayrılıb

21:55 26-03-2020 | icon 3416
Azərbaycanda koronavirusa görə 21 xəstəxana ayrılıb

Azərbaycanda koronavirusa yoluxma hallarının kütləviliyi nəzərə alınaraq, ölkə üzrə bu məqsədlə 21 xəstəxana ayrılıb.

YeniAvropa xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında çıxışı zamanı deyib.

İdarə Heyətinin sədri qeyd edib ki, xəstəxanaların çatışmayan (avadanlıq, tibbi personal) cəhətləri istiqamətində bir neçə qurumun dəstəyilə işlər görülür. Bakıda bu məqsədlə 6, regionlarda 15 xəstəxana ayrılıb.

"Azərbaycanda karantində olanların sayı 3 300-dən çoxdur. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir. Təəssüf hissi ilə demək istəyirəm ki, daxildən yoluxma halları daha çox aşkarlanmağa başlayıb. İstər xəstəxanalara müraciət edən pnevmaniya diaqnozu qoyulan şəxslər, istər 103 zəng xidmətinə zəng edənlərdən yaxma götürülərək müəyyənləşdirilib ki, daxildə də yoluxma var", - deyə Z.Əliyev bildirib.