logo

"G20"nin virtual sammiti başlayıb

16:57 26-03-2020 | icon 2520
"G20"nin virtual sammiti başlayıb

Koronavirus pandemiyasının yayılmasına və "neft müharibəsi"nin törətdiyi qlobal iqtisadi fəsadlara həsr olunmuş "Böyük iyirmilik" (G20) qrupuna daxil olan ölkələrin liderlərinin sammiti Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin müraciəti ilə başlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, videokonfrans vasitəsilə sammitdə ABŞ prezidenti Donald Tramp, Avropa İttifaqının rəhbərləri, "G20" ölkələrinin liderləri çıxış edirlər.

Kral Salman bin Əbdüləziz açılış müraciətində bildirib ki, inkişaf etmiş ölkələr koronavirus pandemiyasına qarşı mübarizədə "müxtəlif cəbhələrdən" daha sərt tədbirlər görməlidirlər. "Böhran daha qlobal xarakter alır, bu səbəbdən bütün dünya bizdən sıx əməkdaşlıq və birgə fəaliyyət gözləyir. Biz koronavirusa qarşı vaksinin tapılması üzrə layihələrin maliyyələşdirilməsinin məsuliyyətini öz üzərimizə götürməliyik. Eyni zamanda, gələcəkdə də infeksiya xəstəliklərinin qlobal miqyasda qarşısını almaq üçün hazırlıqlar görməliyik", -deyə kral Salman bin Əbdüləziz vurğulayıb.

O əlavə edib ki, "G20" ölkələri inkişaf etməkdə olan ölkələrə koronavirusa qarşı infrastruktur qurulması sahəsində yardım etməlidir.