Makron: Pandemiyanın pik dövrü Fransaya yaxınlaşır
Fransa prezidenti Emmanuel Makron Müluz şəhərindəki səyyar hərbi xəstəxanadan çıxış edərək, tibb işçilərinin pul mükafatı ilə təltif olunacaqlarını, eləcə də əlavə iş saatlarının ödəniləcəyini bildirib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, COVID-19-a ən çox məruz qalmış Müluz şəhərində yaradılmış səyyar hərbi xəstəxanaya baş çəkən Fransa prezidenti sanitar böhrandan sonra xəstəxanalara kütləvi investisiya yatırılacağını və onların büdcələrinin artırılacağını vəd edib.
Prezident Makron COVID-19 ilə mübarizədə ön cəbhədə “vuruşan” tibbi heyətə, eləcə də 2-ci (tədarükçülərə, ərzaq mağazalarında olan kassirlərə...) və 3-cü cəbhələrdə (evdən distant işləyənlərə) çalışan insanlara verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Prezident bu görünməz düşmənə qarşı “müharibə”yə, eləcə də ölkəni parçalamaq istəyənlərə qarşı mübarizə aparmaq üçün xalqı birliyə çağırıb. Artıq özünü göstərməyə başlayan və yaxınlaşmaqda olan epidemiyanın pik dövründə əhaliyə yardım etmək üçün hərbi qüvvələrin səfərbər olunacağı “Résilience” (uzun müddət müqavimət göstərəcək) adlanan hərbi əməliyyatların başlanacağını diqqətə çatdırıb. Bildirib ki, indiki çətin vəziyyətdə yalnız bir ideya olmalıdır: birgə olmaq. Yalnız birlik sayəsində ölkə görünməz düşmənlə mübarizədə qalib çıxacaq.
Qeyd edək ki, Fransada Nazirlər Şurası 1958-ci ildən bəri ölkədə heç vaxt görünməmiş 25 sərəncam imzalayıb. Bu sərəncamlarda nəzərdə tutulan tədbirlər yalnız sanitar böhran müddətində tətbiq ediləcək.
Baş nazir Eduard Filip bildirib ki, getdikcə daha böyük iqtisadi və sosial sarsıntılar olacaq. Çünki ölkə hələ böhranın başlanğıcındadır.
Xatırladaq ki, COVID-19 ilə bağlı yaradılmış elmi şura karantin vəziyyətinin ən azı 6 həftə davam edəcəyini vurğulayıb. Vəziyyətdən asılı olaraq, bu müddətin uzadılması ehtimalı da var.
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib