logo

İran-Türkiyə sərhədində zəlzələ olub

11:58 26-03-2020 | icon 2583
İran-Türkiyə sərhədində zəlzələ olub

İran-Türkiyə sərhədində, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 4,4 bal gücündə zəlzələ olub.

 YeniAvropa Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir ki, zəlzələ 7 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, ötən ay həmin bölgədə baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van şəhərinin bir neçə kəndində 9 nəfər ölüb, 54 nəfər xəsarət alıb.