logo

Rusiyada gələn  həftə qeyri-iş həftəsi elan olundu

21:19 25-03-2020 | icon 2443
Rusiyada gələn  həftə qeyri-iş həftəsi elan olundu

Martın 28-dən aprelin 5-dək olan növbəti həftə Rusiyada əmək haqqı saxlanmaqla qeyri-iş həftəsi elan edilib.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir  ki, bu barədə  Rusiya prezidenti Vladimir Putin bu gün  televiziya vasitəsi ilə xalqa müraciətində bildirib. Onun sözlərinə görə, bu, koronavirusun yayılması ilə mübarizə çərçivəsində görülən tədbirdir.  O, bildirib ki, hazırda ən vacib məsələ ölkə ərazisində xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır.