Baş Prokurorluq yayılan məlumatları təkzib edir
Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair provokasiya xarakterli məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.
Belə ki, fevralın 22-də İbrahim Məmmədov tanışı Abdul Musazadə və istintaqa “Fuad” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olaraq Binəqədi rayonu ərazisində bir neçə maşının şüşələrini sındıraraq müxtəlif əşyalar oğurlayıblar.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İ.Məmmədov fevralın 24-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və üzərində qanunsuz əldə edib saxlamaqla daşıdığı narkotik vasitə aşkarlanaraq götürülüb.
Fevralın 25-də İ.Məmmədovun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci (oğurluq) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Martın 17-də müdafiə tərəfinin vəsatəti əsasında rayon məhkəməsi tərəfindən İ.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Məhkəmənin həmin qərarından rayon prokuroru tərəfindən protest verilib.
Cinayətin digər iştirakçısı A.Musazadə Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə digər təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İlham Əliyev:“Bu da...gorbagor olmuş icra başçısının otağı”
Rasim Balayev:“Əməkdar artist adını 3000, xalq artisti adını 5000 manata satırdılar“
Cari ildə Bakı ilə Minsk arasında yüksək səviyyəli səfərlər planlaşdırılır
İcazəsiz hərbi forma geyinənlər 500 manatadək cərimələnəcək
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt bəlli oldu
İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək
Meliorasiya İdarəsi 1 gündə 3 tender keçirdi-inanılmaz maxinasiya
Paytaxt sakinindən 25 kq-dan çox heroin götürülüb
Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin videogörüntüləri yayıldı
Zərif Moskvada Lavrovla Dağlıq Qarabağı müzakirə edəcək
Yanvarın 16-na olan hava proqnozu
Sabah paytaxtın küçə və prospektləri dezinfeksiya ediləcək
İlham Əliyev 38 il əvvəl Şuşada çəkdirdiyi fotonu nümayiş etdirdi
Erməni vandallarının güllələdikləri heykəllər Şuşaya qaytarıldı
Prezident və xanımı Şuşa məscidini ziyarət ediblər - Fotolar
İlham Əliyev Füzuli-Şuşa yolunun təməlini qoyub, Şuşaya səfər edib
Azərbaycanda ən yaşlı pensiyaçı Tamam nənənin 131 yaşı var
Hirkan Milli Parkındakı yanğının söndürülməsinə aviasiya cəlb edildi
Əhməd İsmayılov medianın inkişafı sahəsində görüləcək işləri sadalayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gediblər
Azərbaycan nefti 55,96 dollara satılır
İndoneziyada güclü zəlzələ baş verib