logo

Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə təxirə salındı

19:58 25-03-2020 | icon 2422
Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə təxirə salındı

Rusiya prezidenti Vladimir Putin Konstitusiyaya düzəlişlərlə bağlı səsvemənin təxirə salınacağını bildirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin təxirə salınacağını bildirib.

Rusiya prezidenti qeyd edib ki, həkimlərin tövsiyələri, peşəkarların rəyləri nəzərə alınmaqla, ölkədə vəziyyət qiymətləndiriləcək və səsvermənin yeni vaxtı müəyyən olunacaq.

Xatırladaq ki, Rusiyada Konctitusiyaya dəyişikliklərlə bağlı səsvermə aprelin 22-nə təyin edilmişdi.