logo

Səudiyyə Ərəbistanında Məkkə və Mədinəyə giriş-çıxışlar bağlanılıb

19:11 25-03-2020 | icon 2681
Səudiyyə Ərəbistanında Məkkə və Mədinəyə giriş-çıxışlar bağlanılıb

Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz paytaxt Ər-Riyad, habelə Məkkə və Mədinə şəhərlərinə giriş-çıxışların bağlanılması haqqında sərəncam imzalayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,koronavirus pandemiyasının qarşısını almaq üçün qəbul edilən bu qərarda, həmçinin ölkənin 13 bölgəsi arasında səfərlər qadağan edilir.

Yerli "SPA" agentliyinin məlumatında Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin Ər-Riyad, Məkkə və Mədinə şəhərlərində saat 19:00-dan 06:00-dək xüsusi karantin rejimi tətbiq etdiyi bildirilir.

Rəsmi məlumata görə, Krallıqda koronavirusa yoluxanların sayı 767 nəfərdir.