logo

Bakının 4 rayon İcra Hakimiyyəti KMDF-yə 500 min manat ianə köçürdü

15:59 25-03-2020 | icon 217
Bakının 4 rayon İcra Hakimiyyəti KMDF-yə 500 min manat ianə köçürdü

Bakı şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək bir aylıq əmək haqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib  ki, təşəbbüs Bakı şəhər İcra Hakimiyyəti Aparatı və eləcə də paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən fəal dəstəklənib.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna paytaxtın şəhər və rayon icra hakimiyyətləri aparatlarının və paytaxt strukturlarının əməkdaşlarının bir aylıq əmək haqqı həcmində, ümumilikdə 500 min manat vəsait köçürülüb.