logo

Çavuşoğlu Türkiyənin hazırkı xarici siyasətin əsas prioritetini açıqladı

14:17 25-03-2020 | icon 2401
Çavuşoğlu Türkiyənin hazırkı xarici siyasətin əsas prioritetini açıqladı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında yeni növ koronavirusla (COVID-19) bağlı ölkəsinin xarici siyasətinin istiqamətləri barədə məlumat verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, XİN başçısı bildirib ki, dünən axşamdan bəri 8 ölkədən 11 reyslə 2 min 721 türkiyəli tələbənin vətənə gətirilib, təxliyə edilənlərin hamısı karantində saxlanılır:" Martın 17-də isə 9 Avropa ölkəsindən 2 min 897 türkiyəli gətirilmişdi. O cümlədən ötən günlərdə Türkiyədən də bəzi ölkə vətəndaşları öz istəkləri ilə təxliyə olunublar".

Onun sözlərinə görə, yeni növ koronovirusla mübarizə ilə bağlı Türkiyədən yardım istəyən 69 ölkədən 17-nə qoruyucu maska göndərilib. Xaricdə virusdan dünyasının dəyişən 32 türkiyəlinin cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulur.

Mövlud Çavuşoğlu deyib ki, hazırda xarici siyasətin əsas prioritetlərindən biri virus səbəbindən ölkələr arasındakı əlaqələrin müvəqqəti məhdudlaşdırılmasının ticarətə mənfi təsirinin qarşısını almaqdır.