logo

Yanvarda ölkədə 1399 boşanma  qeydə alınıb

12:11 25-03-2020 | icon 2163
Yanvarda ölkədə 1399 boşanma  qeydə alınıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 4280 nikah və 1399 boşanma halları qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,7 olub.

Məlumatda, həmçinin bildirilib ki, yanvarda Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 135 nəfər gələn, ölkədən isə 107 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 28 nəfər təşkil edib.